Mən sevə bilmədim 2011-i. Ömrüm boyu ən çox ağladığım il oldu, deyə bilərəm.
İlk 8 ayı yaşamadım. Olmadım buralarda.
Var idim. Siz helə görürdünüz, amma əslində yox idim..Nə qədər çətin də olsa bunu anlamaq, tərkedilməyin yükü var idi çiynimdə.
2011-ci il ən çox stress keçirdiyim il oldu.
2011-ci il çox depressiv il oldu.
2011-ci ildə məzun oldum.
2011-ci ildə illərdir gözlədiyim universitetə qəbul oldum.
2011-ci ildə ağladım, çox ağladım.
Yeni insanlar tanıdım, yeni həyatlar, yeni sevinclər, yeni kədərlər, fərqli problemlər, fərqli "bakış açısı", fərqli yalanlar, eyni sözlər, eyni tərkedişlər, eyni insanlar...
2011-ci ildə çox darıxdım.
2011-ci ildə çox gözlədim.
2011-ci ildə çox ağladım...
Abtrynt olaraq başladım ilə, çoxlu dərs, çoxlu test, lap çoxlu stress :/
Məni anlamayan ya da məni anlamadığını və üstümə çox gəldiyini düşündüyüm xeyli insan var idi ətrafımda.
Ən çox ehtiyacım olanda isə heç kim olmadı yanımda.
2011 2010-un mənə öyrətdiyini təsdiqlədi- "çok sevdiklerin ilk gider."
Gecələr 4-ə qədər ağlayıb, ağlayaraq yuxuya gedib, 7də dərsə getdiyim günlərim çox olub. :)
2011-ci ildə mən ölmüşdüm. Ümid edirəm, 2012də yeni həyat başlayar. :)
çox şey öyrəndim insanlar haqqında, dünya haqqında, özüm haqqında...
nəəm belə, çox ama çox ağır il oldu...daha yaxşı ola bilərdi.
Maya Angelou deyir ki, "insanlar söylediklerinizi ya da yaptıklarınızı unutur, ama neler hissetirdiğinizi asla unutmazlar."
Amma mən çox ağladım..
2012-niz mübarək. mutluluk ertelenemez, hep mutlu olun..hep mutlu. :)