18 büyük bi aşama. çərçivə genişlənir get-gedə. Ən azından klinikada adım böyüklər siyahısına keçəcək :)))
Mən doğulanda hamı elə bilib ki, atamla anamın oğlu olub, anam bunu nə vaxt danışsa deyir ki, "istədim oturum ağlayım, axı mən bilirdim qızım olub" :)
Ad günüm nə vaxt həftənin cümə gününə düşsə həmişə həmin gün Xocalı faciəsi anılır və mən ad günümdə ağlamış oluram, bakınız: bu il.
![]() |
Tamaşadan sonra :) |
Biz bu gün universitetimizdə Xocalını anma tədbiri keçirdik, tamaşamız oldu. Deyə bilərəm ki, çox uğurlu alındı. :) bir o qədər də "faciəvi", hiss etdik faciəni..
Bütün bayramlardan, günlərdən, həfətələrdən, hətta həftəsonundan belə daha çox sevdiyim gündü ad günüm :) içimdə inanılmaz enerji olur, sevinc olur, gülürəm, qışqırıram, dağıdıram :) və heç istəmədiyim bir şey var idi ki, bu günün məndən başqa tanıdığım kiməsə aid olduğunu bilim və mən bu il məndən əlavə 2 nəfərə aid olduğunu öyrəndim, kədərliyəm :/ paylaşmayı sevmem galiba :/ ayy nəysə.
Keçən il mənə ən böyük hədiyyə Emre Aydından gəlmişdi- Son Defa-nın klipi mənə hədiyyə oldu, bu il deyəsən azercell-dən gəldi :D bütün gün pulsuz danışdım :D
18-ci il boyu çox ağladım, amma az da gülmədim :)
Mən böyüdükcə dünya kiçildi.
18-ci il boyu çox ağladım, amma az da gülmədim :)
Mən böyüdükcə dünya kiçildi.
Mən böyüdükcə Bakı kiçildi.
Mən böyüdükcə insanlar kiçildi.
Keçən il ad günümdə bütün gün hazırlıqda idim, axşam 8 radələrində evə gəldim və baxdım ki, nə çox adam vaaaar. :)
Yadımdadı, biz balaca olanda bütün ad günülərimiz belə keçirdi, böyük qonaqlıqlarla...
![]() |
Mən böyüdükcə münasibətlər kiçildi.
Hər nə qədər beynimdə fəlakətlər də yaşasam heç nə ala bilmir bu günə olan sevgimi, 24 rəqəminə olan sevgimi, ən az dinlədiyim mahnılar qədər sevirəm :)
18 rəsmi olaraq azadlıq mənasına gələ bilər, amma doğulduğum günü azadlığımın son günü idi. 18-ci ilimi tamamlayaraq dövlət tərəfindən azad fərd kimi tanındım :))
Anam mənə növbəti ad günlərimdən birini Avropa ölkələrindən birində qeyd etməyi arzuladı, hazır olun, hər an gedə bilərəm ;)) artıq pasport almaq imkanım da var :)
Və hətta artıq seçkilərdə iştirak edə bilərəm :D
Keçən il ən çox eşitdiyim təbrik, "gələn il tələbə yoldaşlarınla qeyd edəsən" idi. Bu il artıq tələbə yoldaşlarımla idim :)
![]() |
T.O.T.E.M bu gün :) |
Səhəri dərsə gecikərək açmışdım, təbriklərlə davam elətdirdim, gün ərzində o qədər çox adam təbrik elədi ki, məni, özümə hörmətim artdı :D bu gün hava gözəl idi, 28 may metrosunun qabağında "şok endirim! şok endirim! 6sı 1 manat, 6sı 1 manat" deyə qışqıram nəm salfet satan xalalar yox idi, bəlkə də mən çox gecikmişdim :)
Dərs, tamaşa və bu günün yorğunluğunu bowlinglə tərk ettik asdfghjkl :D
uzatmıram :))
Bir daha təsdiqləyirəm ki, "çok sevdiklerin ilk gider!"Həyat mənə nə qədər də kazık atsa da söz verirəm, pes etmiyecem. Sevəcəm.
Bir daha təsdiqləyirəm ki, "çok sevdiklerin ilk gider!"Həyat mənə nə qədər də kazık atsa da söz verirəm, pes etmiyecem. Sevəcəm.
![]() |
#ini18 ^_^ |
Çox xoşbəxtəm ki, varam!
Çox xoşbəxtəm ki, Həsənliyəm!
Çox xoşbəxtəm ki, İnar Həsənliyəm! :)
Çox xoşbəxtəm ki, Həsənliyəm!
Çox xoşbəxtəm ki, İnar Həsənliyəm! :)
Nə qədər ki, yanımda siz varsız, mən ölənə qədər yaşayaram. :D
p.s ağıl artımı filan da gözləmiyin, həmin ki, dəli, gic və xəstəyəm :D
Hiç yorum yok:
Yorum Gönder