17 Eylül 2011 Cumartesi

"getmə" deməmək üçün inkar etdim bütün səsləri...

İllərlə gözlədiyim və bəlkə də hələlik həyatımın ən xoşbəxt günü. Yolda atama məktəb üçün çox darıxdığımı demişdim. Amma bunun keçəcəyini bilirdim.
  Qarşımda böyük və yepyeni bir həyat...Atamı qucaqladım. Gözyaşları arasında anasına yalvaran 1ci sinif şagirdi kimi "getmə" deməmək üçün inkar etdim bütün səsləri...Amma o an, yağışdan sonra göyqurşağını görmək istəyən bir uşaq qədər aciz idim. Düşünün ki, nəsə soruşsa mühafizəyə belə nə cavab verəcəyimi bilmirdim. :)
  Alınacaqdı, bilirdim. Çünki çox gözləmişdim bu günü.
İlk növbədə harda yerləşdiyini bilmədiyim uninin digər korpusunu Allaha pənah axtarmaqla başladım və tapdım :)) öz-özünə gülən, tullanan, sevinən adam görsəniz yolun ortasında nə edərdiniz? onlar heç nə etmədilər :P
  Bununla hər şey həll olmadı..Öncə fakültə siyahısında atamın adını tapdım "...İntiqam qızı" "-aa, bu deyəsən mənəm. aa mənim adım. yess! mənəmmiş ehehe." :D
Sonra dərs cədvəlinin üstünə çökmüş bir uni tələbə. amma mən ordan heç nə başa düşmürdüm. yenə ağlamağıma ramak qalmışdı ki, "yox. indi belədisə sonra nolacaq" deyə düşündüm və cədvələ baxdım. o mənə, mən ona... nəsə ki, başa düşdüm. :)
 Cahıllığıma görə deyəsən bir dərs qaçırmışdım. :D
Sonraa?? cədvəldə yazılmış otağa getdim vəəə :D heç nə. başqa fakultə başqa dərsdə oturmuşam birez. sonra onu da hallettim. Allahtan o müəllimə mənim müəlliməm deyilmiş. aaaooyhh o ne lan. düşüncesi bile korkunç :D
   Həə, sonra da ki, belə də. uni güzel.hayat güzel.kafa güzel :))
Bu gün unide 2ci günüm və mən çökmüştüm :D nə qədər otaq dəyişərlər ala :D

  Bidənə qız mənə dedi ki, "sən türkcə danışırsan e" " hadi yaa!" dedim. güldü. :D

   İstədiklərim o qədər olmadı ki, son şansımı Bsu-ya qəbul olmaqda istifadə etdim. Yəqin, çox lap çoox ürəkdən istəmişəm. :)
  Qrupunuzda axmaqlar üstünlük təşkil edirsə, fərqli olan sizsinizdir. məncə, bu əladı ki :)

  hohohohooo hepinizi yıkıp geçicem ulenn!! :D başladım bile: je tu il /elle nous vous ils /elles :P

1 yorum: