28 Temmuz 2011 Perşembe

"Amma xəbərim yox idi.."

  Bəzən başqalarının səhvləri ucbatından xəyallarından imtina etmək məcburiyyətində qalırsan.ağlaya-ağlaya...


Yeganə təsəlli "olmalıymış"...
Günlərlə, aylarla, illərlə qurduğum xəyallarım bir gündə yıxıldı. Amma xəbərim yox idi..


  Üstündən uzun müddət keçdi.Son addım qalmışdı gerçəkləşmələri üçün. O an bildim ki, yıxıblarmış və mənə qalan ümidlərim imiş.


Bilirsiz, bunu oxuyan eşidən əksəriyyət yaşıma reaksiya göstərir və bu məni daha çox incidir. İnsanlar anlamırlar ki, düşünmək üçün fərqi yoxdur yaşın. Düşüncə yaşı deyilən bir şey var..Sənəddə çox şey yazılıb.


  Ümid etmək də bəzən ümid vermir.İnsanı "bəlkə?" -lər bitirir. Bəzən gözyaşlarının arasından gələn ümid güldürür insanı.. Və insanı "səbr etmək" yaşadır. Səbr etmək də tükəndirir bəzən..


  "Suya düşən" xəyallarım üçün heç bir ümid yeri qalmayıb. Yəqin ki, elə budur içimdəki yağışları yağdıran. Necə ki, valideynlərimiz, eləcə də Tanrı ən yaxşısını istəyir bizim üçün. Elə deyilmi? Onda gərək buna da şükr edim..


  İnanmıram ki, kimsə mənim gözlərimlə görə bilsin xəyallarımı. İstədiklərimi. Arzularımı..Ona görə də anlamayacaq heç kim nə ifadə etdiklərini. Və çoxusu keçəcəyini, onların da bir vaxtlar xəyallarının olduğunu və artıq heç bir şey ifadə etmədiyini deyəcəklər..


Bəlkə də mən də illər sonra belə düşünəcəyəm. Yaxşı ki, həyata keçirə bilmədiyimi düşünəcəyəm-həyatımın böyük bir mərhələsi bununla bağlı olsa da- hələ ki, gerçəkdən göz görə-görə imtina etdiyim andakı gözümdən axan yaş qədər səssiz, yorğun, durğun və kədərliyəm...


  Və nə olursa olsun illərdir başqa yerdə olmağının xəyalını qurduğum günə az qalıb.


 Kim üçün nə üçün kimə görə nəyə görə..məsləhət bu imiş..Və peşman deyiləm sadecə "üzgünüm".


Məndən bu həyatda ikicisi yoxdu. Nə də sizdən..Ona görə gülümsəməyi unutmuram, unutmuruq :)


  Bəzən başqalarının səhvləri ucbatından xəyallarından imtina etmək məcburiyyətində qalırsan.ağlaya-ağlaya...

Hiç yorum yok:

Yorum Gönder