Hər nə isə :) bu deyil mövzumuz :)
Başlayıram bu ilki "20 Yanvar" günü təəssüratlarından.

20 yanvar günü Tanrı çox üzgün idi. Hər il olduğu kimi...
Tanrı o qədər kədərli idi ki, bizdə açıq şəkildə əks olunurdu..Yada salınan faciə, günü daha da səmərəsizləşdirirdi. Dərs oxumaq bir yana qalsın, hər şey günah idi elə bil.
19 yanvarda universitetdəydim. Qızlarla söhbət əsnasında biri "sabah anamın ad günüdür" dedi, yanındakı qəhqəhə ilə güldü və beləcə gülüşdülər. Mənimsə üz ifadəm tam olaraq bu idi: "what's happening, man?"
Axı, burda gülməli nə var idi? Anasının onun ad günüdə törədilmiş faciə ilə nə əlaqəsi ola bilərdi?! Hər şeydən əlavə, gün gündür və hər gün kiminsə doğum günüdür. Haqsızam, de ki, haqsızsan.
19 yanvar qardaşımın doğum günüdür. Yadımdadır ki, həmin il həmin doğum evində bir uşaq yanvar ayının 20də doğuldu. Və mənim ona yazığım gəlmişdi.
Facebook istifadəçilərinin əksəriyyəti, profil şəkillərinə faciə yüklədilər, profillərinə kədər yüklədilər, çatda da hamıya link atıb "axrıncını layk elə" dedilər. "Hörmətin varsa profil şəklini dəyiş" kimi ittihamlara da tuş gəldim. Bu halı bir də keçən il yevrovijın da 1-ci yerə çıxmağımıza fikrimi bildirəndə yaşamışdım, amma onda rəsmən "vətən xaini" dedilər mənə. :) Əlqərəz, insanlar 365 gün yalnız bu günü, şəhidləri, vətəni, milləti, torpağı düşündüyünü hissetdirməyə çalışırdılar.
Həmin gün "moralim sıfırın altında 10" idi. Həmin gün Tanrı çox üzgün idi...

Dünən 23 yaşlı bir xanım xərçəng xəstəliyindən vəfat etdi. Üzüldüm. Allah rəhmət eləsin.
Onun xəstə olduğunu öyrənəndə ilk sualım; "siqaret çəkib?" olmuşdu. Haqlıydım.
Və bu haqda da daha çox şərh etməyərək mövzunu bağlı elan edirəm. Nə demək istədiyimi anladınız.
Həyat gözəldir, özünüz onu çirkləndirməsəniz, o daima gözəldir. Doğulduğumuz gün azadlığımızın son günü idi, bırakın bu azadlıq ayaklarını da yaşamağa baxın :) Ne fumez pas!
Mevlana der ki; "Bu dünya bir tuzaktır, tanesi de arzular."
1 aydan sonra rəsmi şəkildə böyük-lər kateqoriyasına girəcəm. Hiss edirəm ki, vaxtın sürətinə çatmaq mümkün deyil. Amma edəcək iş çoxdur. Ən azından çox istədiklərimi etmək lazımdır.
Və biz avtobusda, metroda və s. oturanda ayağımız yerə tam şəkildə çatanda böyümüşdük. (bu şəkildən çox xoşum gəlir- 3D şəkil)
Xəyallarım gerçəkləşmədi, suya düşdü deyil məsələ. "Gerçəkləşdirmədim"- bütün "mesele bu!"
Bir az da düşünən də görürəm ki, 2012 nə çox şeyi dəyişir həyatımda. Və mən deyəsən hədəfimə doğru yol almağa başlamışam. Ya da hədəflərimə.
Bəs siz bilirdinizmi ki, 2012-ci ildə dünyanın dağılması haqqında deyilən fikirlər artıq indiyə qədər verilmiş 15-ci proqnozdur. İlk proqnoz 1533-cü ildə verilmişdi. Amma gördüyümüz kimi səhv idi. :P
Bəli..."düşlerim başka, gerçek başka, ama umrumda da değil."
Bu yerdə "malt- aşkın gözü" dinlə :P
Anam mənə deyir ki, insanları onlar haqqında danışılanlara görə yox, onların başqaları haqqında danışdıqlarıyla tanıyırlar.
Son günlərdə mübahisə etdiyim insan sayı artmışdı. Hələ ki, sakitçilikdir, amma bu məni narahat edir. Niyə belə edirsiz ki? :/
Əslində yaşamaq istəyirsinizsə "boşverməyi", uduzmağı və qəbul etməyi bacarmaq lazımdı. Əsas da birincini. ;)
"niyə hər şeyə (ya da bu qədər çox) gülürsən?" sualı ilə qarşı-qarşıya qalıram çox vaxt. cavab verirəm: gülmək ömrü uzadır.
Bu yazını yazmaq da helə bir ciddi məqsədim yox idi, nəəm yazdım da :) şirin və çox yaxşı qızam, bidənəyəm :P çox da təvazökar :)
Tanrı məni sevir..
Hiç yorum yok:
Yorum Gönder