25-27 yaşlarındakı bu xanım (bəlkə də daha az) hardasa bütün masalara yaxınlaşır və hər masaya bir neçə əşya, bir də bir kağız qoyur. Bəziləri xanımı çağırıb bu əşyaları qaytarır. Və bu da daha çox marağa səbəb olur...(insan ne garip varlık lan, merakımızdan kuduruyoruz :))
Nəhayət, gözəl bir bazar axşamı həmin xanım bizim masaya yaxınlaşdı və daşdan düzəldilmiş fil, qurbağa və tısbağa suveniri qoydu. Bir də kağız...
Hansı ki, üstündə azərbaycan və rus dillərində "Hörmətli vətəndaşlar, mən kar əliləm! Yaşamaq üçün satıram, dilənmirəm!" və ardınca bu suvenirlerin nə ifadə etdiyi yazılmışdı.
Xanımın bu əzmli davranışı mənə; insanın istəsə çox şeyi bacara biləcəyini və həyatın hansı döngəsində bizi nəyin gözlədiyinin müşkül olduğunu göstərdi. Xanım çox gözəldi, ən azından masum' mavi gözləri həyatın bu acımasız davranışını haqq etmir, məncə...
"İstəmək" güclü duyğudur. Nə edirsiniz edin, o an istədiyinizi etməsəniz belə istəməy'in qarşısını almaq mümkün deyil. Yorulmayın, məncə :)
Anamın ən çox yadımda qalan sözlərindən biri də elə bu haqda olub: "insanın ürəkdən istədiyi hər şey olur, buna və mənim təcrübəmə inan".
Həyatla dimdik mübarizə aparan xanımın sayəsində Şəmsəddin`in heykəli oldu. :) Amma Şəmsəddindən bir az böyükdür.
P.s: " Şəmsəddin kimdir? " :)) Demirəm, qalın nigaran. :P
Şəmsəddin keçən yay ailəmizə üzv olan, lakin qardaşımın diqqətsizliyi nıticəsində sulara qərq olan balaca tısbağamız idi. :)
İnsan böyük varlıqdı..və hər şey onun əlindədir...Məğlubiyyəti qəbul edib getmək də, qalıb mübarizə aparmaq da...
gozel yazidi :) siz buyurdugunuz kimi insan inandigi sei heyata kecire biler :)
YanıtlaSilMaraqlı bir internet saytı.
YanıtlaSilMənim məmnuniyyətlə buraya səfər edib.