25 Şubat 2012 Cumartesi

Dinlədiyim mahnılar qədər..

 24 fevral 2012- 18-ci ilimi tamamladım :)

18 büyük bi aşama. çərçivə genişlənir get-gedə. Ən azından klinikada adım böyüklər siyahısına keçəcək :)))

Mən doğulanda hamı elə bilib ki, atamla anamın oğlu olub, anam bunu nə vaxt danışsa deyir ki, "istədim oturum ağlayım, axı mən bilirdim qızım olub" :)
Ad günüm nə vaxt həftənin cümə gününə düşsə həmişə həmin gün Xocalı faciəsi anılır və mən ad günümdə ağlamış oluram, bakınız: bu il.
Tamaşadan sonra :)
Biz bu gün universitetimizdə Xocalını anma tədbiri keçirdik, tamaşamız oldu. Deyə bilərəm ki, çox uğurlu alındı. :) bir o qədər də "faciəvi", hiss etdik faciəni..
Bütün bayramlardan, günlərdən, həfətələrdən, hətta həftəsonundan belə daha çox sevdiyim gündü ad günüm :) içimdə inanılmaz enerji olur, sevinc olur, gülürəm, qışqırıram, dağıdıram :) və heç istəmədiyim bir şey var idi ki, bu günün məndən başqa tanıdığım kiməsə aid olduğunu bilim və mən bu il məndən əlavə 2 nəfərə aid olduğunu öyrəndim, kədərliyəm :/ paylaşmayı sevmem galiba :/ ayy nəysə.

Keçən il mənə ən böyük hədiyyə Emre Aydından gəlmişdi- Son Defa-nın klipi mənə hədiyyə oldu, bu il deyəsən azercell-dən gəldi :D bütün gün pulsuz danışdım :D

18-ci il boyu çox ağladım, amma az da gülmədim :)

Mən böyüdükcə dünya kiçildi.
Mən böyüdükcə Bakı kiçildi.
Mən böyüdükcə insanlar kiçildi.

Keçən il ad günümdə bütün gün hazırlıqda idim, axşam 8 radələrində evə gəldim və baxdım ki, nə çox adam vaaaar. :)
Yadımdadı, biz balaca olanda bütün ad günülərimiz belə keçirdi, böyük qonaqlıqlarla...

Mən böyüdükcə münasibətlər kiçildi.

Hər nə qədər beynimdə fəlakətlər də yaşasam heç nə ala bilmir bu günə olan sevgimi, 24 rəqəminə olan sevgimi, ən az dinlədiyim mahnılar qədər sevirəm :)

18 rəsmi olaraq azadlıq mənasına gələ bilər, amma doğulduğum günü azadlığımın son günü idi. 18-ci ilimi tamamlayaraq dövlət tərəfindən azad fərd kimi tanındım :))

Anam mənə növbəti ad günlərimdən birini Avropa ölkələrindən birində qeyd etməyi arzuladı, hazır olun, hər an gedə bilərəm ;)) artıq pasport almaq imkanım da var :)
Və hətta artıq seçkilərdə iştirak edə bilərəm :D
Keçən il ən çox eşitdiyim təbrik, "gələn il tələbə yoldaşlarınla qeyd edəsən" idi. Bu il artıq tələbə yoldaşlarımla idim :)

T.O.T.E.M bu gün :)
Səhəri dərsə gecikərək açmışdım, təbriklərlə davam elətdirdim, gün ərzində o qədər çox adam təbrik elədi ki, məni, özümə hörmətim artdı :D bu gün hava gözəl idi, 28 may metrosunun qabağında "şok endirim! şok endirim! 6sı 1 manat, 6sı 1 manat" deyə qışqıram nəm salfet satan xalalar yox idi, bəlkə də mən çox gecikmişdim :)
 
Dərs, tamaşa və bu günün yorğunluğunu bowlinglə tərk ettik asdfghjkl :D

uzatmıram :))
Bir daha təsdiqləyirəm ki, "çok sevdiklerin ilk gider!"Həyat mənə nə qədər də kazık atsa da söz verirəm, pes etmiyecem. Sevəcəm.
#ini18 ^_^
Çox xoşbəxtəm ki, varam!
Çox xoşbəxtəm ki, Həsənliyəm!
Çox xoşbəxtəm ki, İnar Həsənliyəm! :)

Nə qədər ki, yanımda siz varsız, mən ölənə qədər yaşayaram. :D

p.s ağıl artımı filan da gözləmiyin, həmin ki, dəli, gic və xəstəyəm :D 

24 Ocak 2012 Salı

Tanrı çok mu üzgün ki?!

 Bu gün yanvar ayının 23ü- (artlq 24ü :) ilk semestri uğurla başa vurduq. :) Nəəymiş?? univer belə bir şey imiş :))
Hər nə isə :) bu deyil mövzumuz :)
Başlayıram bu ilki "20 Yanvar" günü təəssüratlarından.


20 yanvar günü Tanrı çox üzgün idi. Hər il olduğu kimi...
Tanrı o qədər kədərli idi ki, bizdə açıq şəkildə əks olunurdu..Yada salınan faciə, günü daha da səmərəsizləşdirirdi. Dərs oxumaq bir yana qalsın, hər şey günah idi elə bil.


19 yanvarda universitetdəydim. Qızlarla söhbət əsnasında biri "sabah anamın ad günüdür" dedi, yanındakı qəhqəhə ilə güldü və beləcə gülüşdülər. Mənimsə üz ifadəm tam olaraq bu idi: "what's happening, man?"
Axı, burda gülməli nə var idi? Anasının onun ad günüdə törədilmiş faciə ilə nə əlaqəsi ola bilərdi?! Hər şeydən əlavə, gün gündür və hər gün kiminsə doğum günüdür. Haqsızam, de ki, haqsızsan.


19 yanvar qardaşımın doğum günüdür. Yadımdadır ki, həmin il həmin doğum evində bir uşaq yanvar ayının 20də doğuldu. Və mənim ona yazığım gəlmişdi.


Facebook istifadəçilərinin əksəriyyəti, profil şəkillərinə faciə yüklədilər, profillərinə kədər yüklədilər, çatda da hamıya link atıb "axrıncını layk elə" dedilər. "Hörmətin varsa profil şəklini dəyiş" kimi ittihamlara da tuş gəldim. Bu halı bir də keçən il yevrovijın da 1-ci yerə çıxmağımıza  fikrimi bildirəndə yaşamışdım, amma onda rəsmən "vətən xaini" dedilər mənə. :) Əlqərəz, insanlar 365 gün yalnız bu günü, şəhidləri, vətəni, milləti, torpağı düşündüyünü hissetdirməyə çalışırdılar.


Həmin gün "moralim sıfırın altında 10" idi. Həmin gün Tanrı çox üzgün idi...


Keçirəm bu günlərdə ən çox mübarizə apardığım siqaret mövzusuna. :P


Dünən 23 yaşlı bir xanım xərçəng xəstəliyindən vəfat etdi. Üzüldüm. Allah rəhmət eləsin.
Onun xəstə olduğunu öyrənəndə ilk sualım; "siqaret çəkib?" olmuşdu. Haqlıydım.
Və bu haqda da daha çox şərh etməyərək mövzunu bağlı elan edirəm. Nə demək istədiyimi anladınız.


Həyat gözəldir, özünüz onu çirkləndirməsəniz, o daima gözəldir. Doğulduğumuz gün azadlığımızın son günü idi, bırakın bu azadlıq ayaklarını da yaşamağa baxın :) Ne fumez pas!


Mevlana der ki; "Bu dünya bir tuzaktır, tanesi de arzular."


1 aydan sonra rəsmi şəkildə böyük-lər kateqoriyasına girəcəm. Hiss edirəm ki, vaxtın sürətinə çatmaq mümkün deyil. Amma edəcək iş çoxdur. Ən azından çox istədiklərimi etmək lazımdır.
Və biz avtobusda, metroda və s. oturanda ayağımız yerə tam şəkildə çatanda böyümüşdük. (bu şəkildən çox xoşum gəlir- 3D şəkil)


Xəyallarım gerçəkləşmədi, suya düşdü deyil məsələ. "Gerçəkləşdirmədim"- bütün "mesele bu!"


Bir az da düşünən də görürəm ki, 2012 nə çox şeyi dəyişir həyatımda. Və mən deyəsən hədəfimə doğru yol almağa başlamışam. Ya da hədəflərimə.


Bəs siz bilirdinizmi ki, 2012-ci ildə dünyanın dağılması haqqında deyilən fikirlər artıq indiyə qədər verilmiş 15-ci proqnozdur. İlk proqnoz 1533-cü ildə verilmişdi. Amma gördüyümüz kimi səhv idi. :P


Bəli..."düşlerim başka, gerçek başka, ama umrumda da değil."
Bu yerdə "malt- aşkın gözü" dinlə :P


Anam mənə deyir ki, insanları onlar haqqında danışılanlara görə yox, onların başqaları haqqında danışdıqlarıyla tanıyırlar.


Son günlərdə mübahisə etdiyim insan sayı artmışdı. Hələ ki, sakitçilikdir, amma bu məni narahat edir. Niyə belə edirsiz ki? :/
Əslində yaşamaq istəyirsinizsə "boşverməyi", uduzmağı və qəbul etməyi bacarmaq lazımdı. Əsas da birincini. ;)


"niyə hər şeyə (ya da bu qədər çox) gülürsən?" sualı ilə qarşı-qarşıya qalıram çox vaxt. cavab verirəm: gülmək ömrü uzadır.
Bu yazını yazmaq da helə bir ciddi məqsədim yox idi, nəəm yazdım da :) şirin və çox yaxşı qızam, bidənəyəm :P çox da təvazökar :)

Tanrı məni sevir..

31 Aralık 2011 Cumartesi

2011-ci ildə böyüdüm...

  2011-ci ilin son gününün ilk saatları :)

Mən sevə bilmədim 2011-i. Ömrüm boyu ən çox ağladığım il oldu, deyə bilərəm.

İlk 8 ayı yaşamadım. Olmadım buralarda.

Var idim. Siz helə görürdünüz, amma əslində yox idim..Nə qədər çətin də olsa bunu anlamaq, tərkedilməyin yükü var idi çiynimdə.

2011-ci il ən çox stress keçirdiyim il oldu.
2011-ci il çox depressiv il oldu.
2011-ci ildə məzun oldum.
2011-ci ildə illərdir gözlədiyim universitetə qəbul oldum.
2011-ci ildə ağladım, çox ağladım.

Yeni insanlar tanıdım, yeni həyatlar, yeni sevinclər, yeni kədərlər, fərqli problemlər, fərqli "bakış açısı", fərqli yalanlar, eyni sözlər, eyni tərkedişlər, eyni insanlar...

2011-ci ildə çox darıxdım.
2011-ci ildə çox gözlədim.
2011-ci ildə çox ağladım...

Abtrynt olaraq başladım ilə, çoxlu dərs, çoxlu test, lap çoxlu stress :/
Məni anlamayan ya da məni anlamadığını və üstümə çox gəldiyini düşündüyüm xeyli insan var idi ətrafımda.
Ən çox ehtiyacım olanda isə heç kim olmadı yanımda.

2011 2010-un mənə öyrətdiyini təsdiqlədi- "çok sevdiklerin ilk gider."

Gecələr 4-ə qədər ağlayıb, ağlayaraq yuxuya gedib, 7də dərsə getdiyim günlərim çox olub. :)

2011-ci ildə mən ölmüşdüm. Ümid edirəm, 2012də yeni həyat başlayar. :)

çox şey öyrəndim insanlar haqqında, dünya haqqında, özüm haqqında...

nəəm belə, çox ama çox ağır il oldu...daha yaxşı ola bilərdi.

Maya Angelou deyir ki, "insanlar söylediklerinizi ya da yaptıklarınızı unutur, ama neler hissetirdiğinizi asla unutmazlar."
Amma mən çox ağladım..

2012-niz mübarək. mutluluk ertelenemez, hep mutlu olun..hep mutlu. :)


25 Aralık 2011 Pazar

Ne fumer pas! ~ Siqaret çəkmək qadağandır!

   Dünyada hər 6 saniyədən bir 1 nefer siqaretdən dünyasını dəyişir.


    Siqaret- məktəbin son 2 ilində qarşı tərəfdən gələn yox cavabıyla başlanan adətlərdəndir. Siqaret çəkir- deməli dərd çəkir. Sözdə məntiqdir bu.


  Siqaretə ümumiyyətlə qarşıyam. Siqaret sağlamlığın baş düşmənidir. Siqaret nəfəsimizi alır bizdən yavaş-yavaş.


Ama siqaret çəkənlərə qarşı deyiləm. Çünki düşüncə azadlığı deyilən bir şey var konstitusiyamızda. Yəni normal baxıram.

Və siqaret; çəkən şəxsdən çox, yanındakı çəkməyən şəxsə ziyan edir, məncə. Havadakı duman yanındakının ciyerlerine dolur, bu da daha çox zərərlidir.


Siqaret dünyada ən çox yayılmış və ən asan qurşanılan "narkotika"dır. Siqaretin bağlılıq yaratmasının səbəbi nikotindir, nikotin bağlılıq yaradan maddədir, bu baxımdan nikotin eroinə oxşayır.


Siqaret insanda- qaraciyər xərçəngi, mədə xərçəngi, döş xərçəngi, ağız xərçəngi- bildiyiniz bütün xərçənglər, şəkər xəstəliyi, ürək xəstəlikləri, bel xəstəlikləri, sonsuzluq, koah amfizem və s və s yaradır.
                                                                                                                                                            

Siqaretin insana xeyirləri də var. Məs: Qocalmırsız, çünki tez ölürsüz. 

Siqaret çəkənləri it dişləməz, çünki əsa ilə gəzirlər. 
Siqaret çəkənlərin evinə oğru girməz, çünki səhərə qədər öskürürlər.  
Yorulmurlar, çünki yorulsalar nəfəsləri kəsilər, bunu bilirlər və yorulmurlar. və s.




Siqareti 1cə dəfə çəkən hər 4 nəfərdən 3ü artıq "bağımlı"dır.


Mən siqaret çəkmirəm, çəkmək fikirm də yoxdur. :) Siqaret insandan çox şeyi alır- həyatını.


1 siqaret insan ömründən 15 dəqiqə aparır.


Heç nə bəhanə ola bilməz siqaret çəkmək üçün; əsəb, stress, depressiya və s. Bunlar da ziyandı, tak çto heç biri lazım deyil :) Sağlamlıq qədər vacib heç nə olmur, sağlamlıq olmasa sonrakıların da mənası qalmaz 
onsuzda.


Amma siz də elə reaksiyalar verirsiz ki, belə çox gülməli. :)


Siqaret sevdiklərimi saniyəbəsaniyə alır məndən.  Çəkməyin də ala! 


Mən bu ölkənin səhiyyə naziri olsaydım, birinci bunu qadağan edərdim. 


Şəkildəki Ako`du :) Belə...di gedin :)





25 Kasım 2011 Cuma

"Salam özüm,Xoş qayıtdın,xoş gəldin." Özümə qayıdan özümə

Səni çoxdandı görmürəm,

Salam özüm, necəsən?!

Təzədən içinə qayıtdın-

                          öz içinə!

Necə gəldin?!

Çoxdandı yol üstə durub

                              səni gözləyirdim

Əlimdə bir dəstə

                              rənbərəng təzə-tər dərd.

Gələcəyini bilirdim...

Gələcəyin gəlmək idi,

                budur gəldin,

                      buyur gəl di...

Salam özüm

Xoş gəlmisən,

Necəsən?!

Çox kükrədin, çox qızdın,

                       özündən çıxdın.

Bir at tapdın-

                      murad-at.

Mindin muradını-

                    belinə mindin-

Çıxıb özündən.

Çapdın muradı-atı

                        özündən çox uzaqlara çapdın.

Amma atsız qayıtdın,

                       muradsız qayıtdın,

                                 adsız qayıtdın...

                                                               öz içinə...

Salam özüm,

Xoş qayıtdın, xoş gəldin.


Görüşünə gəlmişəm,

Salam!

Buyur,

Əlimdə tutduğum bu dəstə sənindir,

                                                     sənin.

Rənbərəng...

                  təzə-tər...

                          dərd dəstəsi.

Qeyd: Qorxma, Özüm, Sən tək deyilsən-

           Sənin Mənin var, Mənin!!!

İntiqam-Soltan

6 Kasım 2011 Pazar

ALLAH, UŞAQ VƏ ANA...

 Bu gün yeni tamaşa təhvil vermişdim. Sanki ilk dəfə ana olmuş qadınlar kimi sevincliydim... Məndə olan məlumata görə tanrı ucadır. Çoox uca. Və ucadadır. O dərəcədə ucadadır ki, hər adamın səsi ora gedib çatmır... Amma mən 300 tamaşaçının qarşısnda çıxış edən aktyor-rejissor kimi sevincliydim. Çünki 300 adamın (uşağın) qarşısında çıxış etmişdim. Onlar hamısı bir nəfər kimi mənim tamaşama baxmışdılar... Əslində, nədənsə Allah pıçıltıları eşitdiyi halda bəzən qışqıranları eşitmir... Yəqin ki, eşitmək istəmir. Yoxsa nədi ki, onun (Allahın) əlində. İstəsə hamını və hər şeyi eşidər... 300 (üç yüz) məsum sima... Hamısı aşağıdan yuxarı mənə baxırdı. Yəni mənim qurduğum tamaşaya. Hərdən elə sevinir, elə gülürdülər ki... Mən özüm çox vaxt Allaha hər şeyi demirəm. Demirəm ona görə yox ki, qorxuram, yox, o tək varlıqdı ki, qorxmuram. Ona görə demirəm ki, ağzımdan çıxan hər şeyi eşidir. Bütün hərəkətlərimi də görür. Mən bilirəm axı. Çünki mən uşaqlarla işləyirəm. Uşaqlar da Allah qədər təmiz, səmimi olur axı. Uşaqları tanıdığım kimi Allahı da tanıyıram. Axı mən uşaqları da aldada bilirəm. Məsələn, hərdən deyirəm ki, - “Hər şey yaxşı olacaq”. Onlar da inanırlar. Elə mən özüm də inanıram... Axı gərək qarşındakını inandırmaq üçün sən özün də dediyin yalana inanasan... Hərdən bərkdən qəhqəhə çəkirəm. Qəhqəhə çəkirəm ki, Allah elə bilsin hər şey yaxşıdı. Axı onun da işi başından aşır. Bir də mən yük olmayım ona... O da (Allah təbii ki,) sağ olsun inanır. Axı uşaq kimidi. Təmiz, səmimi... Bir də ki, axı mən özüm də inanıram öz qəhqəhələrimə... İnanıram ki, hər şey yaxşıdı... Əslində bu belə olmasa belə... Allah ucadı, çoox ucadı... Mənsə dünyaya təzə körpə gətirmiş anaya bənzəyirdim... Bənzəyirdim. Bu gün... (30.10.11)


                                                                                                       İntiqam-SOLTAN

29 Eylül 2011 Perşembe

Dünya her zaman güvensiz bir yerdi.

...Bu arada İskender büyüyordu. Teni derelerdeki çakıllar renginde, saçları koyu, dalgalı ve yıldız tozu serpilmiş gibi parlaktı. Burnundaki doğum lekesi çoktan geçmiş, muzip gözleriyle bolca gülümsüyor, herkesi cezbediyordu. Oğlu güzelleştikçe Pembe'nin de evhamları artıyordu - depremler, toprak kaymaları, seller, orman yangınları, bulaşıcı hastalıklar, Naze'nin hayaletinin gazabı ya da cinlerin intikamı. Dünya her zaman güvensiz bir yerdi ama şimdi Pembe her şeyden ve herkesten korkar olmuştu. O kadar huzursuzdu ki, oğluna isim vermeyi reddetmişti. Bu yolla onu Azrail'den koruyordu aklınca. Bebeğin bir adı olmazsa Azrail kime geleceğini bilemez ve tıpkı adressiz bir mektup gibi yolda kaybolurdu. Böylece çocuk dünyadaki ilk yılını isimsiz geçirdi. İkinci, üçüncü ve dördüncü yıllarını da. Ona seslenmeleri gerektiğinde "Evlat!" , "Hey ufaklık!" , ya da "Bidilik!" diyorlardı.

18 Eylül 2011 Pazar

ama yine de ben toplardım yerlerden kalbimin kırıklarını. sırf ayaklarına batmasın diye...

en çok
senin yanında üşürdüm
sen beni her zaman üşütürdün de
haddimi aştığım zamanlarda
sana yaklaşmayı denediğim zamanlarda yani
en acımasız soğuğunu çarpardın üstüme
çok toydum
dayanamazdım
buz kesilirdim
ve son bir vuruşla
paramparça etmeyi de ihmal etmezdin
o buz kütlesini her seferinde
yine de ben toplardım yerlerden kalbimin kırıklarını
durup dururken
bir salgın hastalık getirirdin uzaklardan
bana armağan ederdin
hiç bi şey yapmasan
ayakkabımın içine girerdin
tam da evden yeni çıkmışken ben
sen basbayağ suya benzerdin
ne zaman kötü hissetsen
kötü hissettirmek için
yokuş aşağı akmaya başlardın bütün gücünle
tabi ki ben olurdum yokuşun altında
ve her zaman hazırdı savunman;
yokuş yukarı nasıl akacaktın
ve tabi ki gövdemi parçalardın
sen benim gövdemi parçalardın da
yine de ben toplardım yerlerden kalbimin kırıklarını
sen suya benzerdin ya sensiz olmazdı
olduğu kadar da olmazdı
yani ben bir hiç kimseydim
ama yine de ben toplardım yerlerden kalbimin kırıklarını
sırf ayaklarına batmasın diye...

17 Eylül 2011 Cumartesi

Yokluğun gümüş tepside intihar sunacak...

Yaşadığımdan emin değilim.Gittiğinden eminim ama bak,seni özlediğimden eminim.
Yirmi beş yaşında bir hayal kırıklığı olduğumdan hiç şüphem yok mesela.
Beceriksizliğimden,y
alnızlığımdan,bu şehri sevmediğimden,düzensizliğimden,yorgunluğumdan,huysuzluğumdan,baltalarınızdan birine sap olmamışlığımdan hatta olamayacak olmamdan,kırgınlığımdan,bir gün bana ayrılan sürenin sonuna geleceğimden her tavşan kesildiğimde dünyanın dağ olma vaziyetinden filan eminim.
Örnekleri çoğaltabilirim.Örnek
leri çoğaltabileceğimden eminim.

Birileri namusum üzerine yemin edecek,

Ölür müydün sanki sevsen beni.

Günlerdir doğru dürüst uyuyamıyorum.Ellerim
 parçalanıyor ne zaman yazmayı denesem.Ağzım artık daha bozuk.
Her tarafta pis bir koku;nefes alamıyorum.
Çok bekledim seni.Her halimle,her yerimle bekledim.
Yetkiler verdim kendime;tuttum seni affettim.
Aramanı bile bekledim bazen.Ağır küfürlerle örtbas ettim sonra aramayışlarını.Bunca
 zaman aramayışlarını biriktirdim.
Seni bekledim ben çünkü
Seni bekledim.
İçtim..içtim..içtim.
..
Kustum.
En çok giderken bıraktığın kelimeleri kustum.Sanat filan dedi bazısı o kelimelere bazısı bunlardan bi bok olmaz dedi.
Senin önemsediğin kadar önemsemedim ben o kelimeleri,senin danışma gruplarının önemsediği kadar önemsemedim.
Kustum..kustum..kust
um.
İçtim.

Ellerimle yaptığım cam evim kırılacak,

Ölür müydün sanki sevsen beni.

içimden geç
içimi sil
artık özlemek istemiyorum.

Neye el atsam piç ediyorum.
Yine de fiyakalı durumlar peşindeyim hep.
En sert içkileri kaçırıyorum soluk boruma bilerek.Her yıl ilkokula başlıyorum.Her gün yeni bir krallık kurup öldürüyorum kralını gece yarısına doğru.
Uzatmaya gerek yok;sen olmayınca yapamıyorum.

Yokluğun gümüş tepside intihar sunacak,

Ölür müydün sanki sevsen beni...

"getmə" deməmək üçün inkar etdim bütün səsləri...

İllərlə gözlədiyim və bəlkə də hələlik həyatımın ən xoşbəxt günü. Yolda atama məktəb üçün çox darıxdığımı demişdim. Amma bunun keçəcəyini bilirdim.
  Qarşımda böyük və yepyeni bir həyat...Atamı qucaqladım. Gözyaşları arasında anasına yalvaran 1ci sinif şagirdi kimi "getmə" deməmək üçün inkar etdim bütün səsləri...Amma o an, yağışdan sonra göyqurşağını görmək istəyən bir uşaq qədər aciz idim. Düşünün ki, nəsə soruşsa mühafizəyə belə nə cavab verəcəyimi bilmirdim. :)
  Alınacaqdı, bilirdim. Çünki çox gözləmişdim bu günü.
İlk növbədə harda yerləşdiyini bilmədiyim uninin digər korpusunu Allaha pənah axtarmaqla başladım və tapdım :)) öz-özünə gülən, tullanan, sevinən adam görsəniz yolun ortasında nə edərdiniz? onlar heç nə etmədilər :P
  Bununla hər şey həll olmadı..Öncə fakültə siyahısında atamın adını tapdım "...İntiqam qızı" "-aa, bu deyəsən mənəm. aa mənim adım. yess! mənəmmiş ehehe." :D
Sonra dərs cədvəlinin üstünə çökmüş bir uni tələbə. amma mən ordan heç nə başa düşmürdüm. yenə ağlamağıma ramak qalmışdı ki, "yox. indi belədisə sonra nolacaq" deyə düşündüm və cədvələ baxdım. o mənə, mən ona... nəsə ki, başa düşdüm. :)
 Cahıllığıma görə deyəsən bir dərs qaçırmışdım. :D
Sonraa?? cədvəldə yazılmış otağa getdim vəəə :D heç nə. başqa fakultə başqa dərsdə oturmuşam birez. sonra onu da hallettim. Allahtan o müəllimə mənim müəlliməm deyilmiş. aaaooyhh o ne lan. düşüncesi bile korkunç :D
   Həə, sonra da ki, belə də. uni güzel.hayat güzel.kafa güzel :))
Bu gün unide 2ci günüm və mən çökmüştüm :D nə qədər otaq dəyişərlər ala :D

  Bidənə qız mənə dedi ki, "sən türkcə danışırsan e" " hadi yaa!" dedim. güldü. :D

   İstədiklərim o qədər olmadı ki, son şansımı Bsu-ya qəbul olmaqda istifadə etdim. Yəqin, çox lap çoox ürəkdən istəmişəm. :)
  Qrupunuzda axmaqlar üstünlük təşkil edirsə, fərqli olan sizsinizdir. məncə, bu əladı ki :)

  hohohohooo hepinizi yıkıp geçicem ulenn!! :D başladım bile: je tu il /elle nous vous ils /elles :P