25 Şubat 2012 Cumartesi

Dinlədiyim mahnılar qədər..

 24 fevral 2012- 18-ci ilimi tamamladım :)

18 büyük bi aşama. çərçivə genişlənir get-gedə. Ən azından klinikada adım böyüklər siyahısına keçəcək :)))

Mən doğulanda hamı elə bilib ki, atamla anamın oğlu olub, anam bunu nə vaxt danışsa deyir ki, "istədim oturum ağlayım, axı mən bilirdim qızım olub" :)
Ad günüm nə vaxt həftənin cümə gününə düşsə həmişə həmin gün Xocalı faciəsi anılır və mən ad günümdə ağlamış oluram, bakınız: bu il.
Tamaşadan sonra :)
Biz bu gün universitetimizdə Xocalını anma tədbiri keçirdik, tamaşamız oldu. Deyə bilərəm ki, çox uğurlu alındı. :) bir o qədər də "faciəvi", hiss etdik faciəni..
Bütün bayramlardan, günlərdən, həfətələrdən, hətta həftəsonundan belə daha çox sevdiyim gündü ad günüm :) içimdə inanılmaz enerji olur, sevinc olur, gülürəm, qışqırıram, dağıdıram :) və heç istəmədiyim bir şey var idi ki, bu günün məndən başqa tanıdığım kiməsə aid olduğunu bilim və mən bu il məndən əlavə 2 nəfərə aid olduğunu öyrəndim, kədərliyəm :/ paylaşmayı sevmem galiba :/ ayy nəysə.

Keçən il mənə ən böyük hədiyyə Emre Aydından gəlmişdi- Son Defa-nın klipi mənə hədiyyə oldu, bu il deyəsən azercell-dən gəldi :D bütün gün pulsuz danışdım :D

18-ci il boyu çox ağladım, amma az da gülmədim :)

Mən böyüdükcə dünya kiçildi.
Mən böyüdükcə Bakı kiçildi.
Mən böyüdükcə insanlar kiçildi.

Keçən il ad günümdə bütün gün hazırlıqda idim, axşam 8 radələrində evə gəldim və baxdım ki, nə çox adam vaaaar. :)
Yadımdadı, biz balaca olanda bütün ad günülərimiz belə keçirdi, böyük qonaqlıqlarla...

Mən böyüdükcə münasibətlər kiçildi.

Hər nə qədər beynimdə fəlakətlər də yaşasam heç nə ala bilmir bu günə olan sevgimi, 24 rəqəminə olan sevgimi, ən az dinlədiyim mahnılar qədər sevirəm :)

18 rəsmi olaraq azadlıq mənasına gələ bilər, amma doğulduğum günü azadlığımın son günü idi. 18-ci ilimi tamamlayaraq dövlət tərəfindən azad fərd kimi tanındım :))

Anam mənə növbəti ad günlərimdən birini Avropa ölkələrindən birində qeyd etməyi arzuladı, hazır olun, hər an gedə bilərəm ;)) artıq pasport almaq imkanım da var :)
Və hətta artıq seçkilərdə iştirak edə bilərəm :D
Keçən il ən çox eşitdiyim təbrik, "gələn il tələbə yoldaşlarınla qeyd edəsən" idi. Bu il artıq tələbə yoldaşlarımla idim :)

T.O.T.E.M bu gün :)
Səhəri dərsə gecikərək açmışdım, təbriklərlə davam elətdirdim, gün ərzində o qədər çox adam təbrik elədi ki, məni, özümə hörmətim artdı :D bu gün hava gözəl idi, 28 may metrosunun qabağında "şok endirim! şok endirim! 6sı 1 manat, 6sı 1 manat" deyə qışqıram nəm salfet satan xalalar yox idi, bəlkə də mən çox gecikmişdim :)
 
Dərs, tamaşa və bu günün yorğunluğunu bowlinglə tərk ettik asdfghjkl :D

uzatmıram :))
Bir daha təsdiqləyirəm ki, "çok sevdiklerin ilk gider!"Həyat mənə nə qədər də kazık atsa da söz verirəm, pes etmiyecem. Sevəcəm.
#ini18 ^_^
Çox xoşbəxtəm ki, varam!
Çox xoşbəxtəm ki, Həsənliyəm!
Çox xoşbəxtəm ki, İnar Həsənliyəm! :)

Nə qədər ki, yanımda siz varsız, mən ölənə qədər yaşayaram. :D

p.s ağıl artımı filan da gözləmiyin, həmin ki, dəli, gic və xəstəyəm :D 

24 Ocak 2012 Salı

Tanrı çok mu üzgün ki?!

 Bu gün yanvar ayının 23ü- (artlq 24ü :) ilk semestri uğurla başa vurduq. :) Nəəymiş?? univer belə bir şey imiş :))
Hər nə isə :) bu deyil mövzumuz :)
Başlayıram bu ilki "20 Yanvar" günü təəssüratlarından.


20 yanvar günü Tanrı çox üzgün idi. Hər il olduğu kimi...
Tanrı o qədər kədərli idi ki, bizdə açıq şəkildə əks olunurdu..Yada salınan faciə, günü daha da səmərəsizləşdirirdi. Dərs oxumaq bir yana qalsın, hər şey günah idi elə bil.


19 yanvarda universitetdəydim. Qızlarla söhbət əsnasında biri "sabah anamın ad günüdür" dedi, yanındakı qəhqəhə ilə güldü və beləcə gülüşdülər. Mənimsə üz ifadəm tam olaraq bu idi: "what's happening, man?"
Axı, burda gülməli nə var idi? Anasının onun ad günüdə törədilmiş faciə ilə nə əlaqəsi ola bilərdi?! Hər şeydən əlavə, gün gündür və hər gün kiminsə doğum günüdür. Haqsızam, de ki, haqsızsan.


19 yanvar qardaşımın doğum günüdür. Yadımdadır ki, həmin il həmin doğum evində bir uşaq yanvar ayının 20də doğuldu. Və mənim ona yazığım gəlmişdi.


Facebook istifadəçilərinin əksəriyyəti, profil şəkillərinə faciə yüklədilər, profillərinə kədər yüklədilər, çatda da hamıya link atıb "axrıncını layk elə" dedilər. "Hörmətin varsa profil şəklini dəyiş" kimi ittihamlara da tuş gəldim. Bu halı bir də keçən il yevrovijın da 1-ci yerə çıxmağımıza  fikrimi bildirəndə yaşamışdım, amma onda rəsmən "vətən xaini" dedilər mənə. :) Əlqərəz, insanlar 365 gün yalnız bu günü, şəhidləri, vətəni, milləti, torpağı düşündüyünü hissetdirməyə çalışırdılar.


Həmin gün "moralim sıfırın altında 10" idi. Həmin gün Tanrı çox üzgün idi...


Keçirəm bu günlərdə ən çox mübarizə apardığım siqaret mövzusuna. :P


Dünən 23 yaşlı bir xanım xərçəng xəstəliyindən vəfat etdi. Üzüldüm. Allah rəhmət eləsin.
Onun xəstə olduğunu öyrənəndə ilk sualım; "siqaret çəkib?" olmuşdu. Haqlıydım.
Və bu haqda da daha çox şərh etməyərək mövzunu bağlı elan edirəm. Nə demək istədiyimi anladınız.


Həyat gözəldir, özünüz onu çirkləndirməsəniz, o daima gözəldir. Doğulduğumuz gün azadlığımızın son günü idi, bırakın bu azadlıq ayaklarını da yaşamağa baxın :) Ne fumez pas!


Mevlana der ki; "Bu dünya bir tuzaktır, tanesi de arzular."


1 aydan sonra rəsmi şəkildə böyük-lər kateqoriyasına girəcəm. Hiss edirəm ki, vaxtın sürətinə çatmaq mümkün deyil. Amma edəcək iş çoxdur. Ən azından çox istədiklərimi etmək lazımdır.
Və biz avtobusda, metroda və s. oturanda ayağımız yerə tam şəkildə çatanda böyümüşdük. (bu şəkildən çox xoşum gəlir- 3D şəkil)


Xəyallarım gerçəkləşmədi, suya düşdü deyil məsələ. "Gerçəkləşdirmədim"- bütün "mesele bu!"


Bir az da düşünən də görürəm ki, 2012 nə çox şeyi dəyişir həyatımda. Və mən deyəsən hədəfimə doğru yol almağa başlamışam. Ya da hədəflərimə.


Bəs siz bilirdinizmi ki, 2012-ci ildə dünyanın dağılması haqqında deyilən fikirlər artıq indiyə qədər verilmiş 15-ci proqnozdur. İlk proqnoz 1533-cü ildə verilmişdi. Amma gördüyümüz kimi səhv idi. :P


Bəli..."düşlerim başka, gerçek başka, ama umrumda da değil."
Bu yerdə "malt- aşkın gözü" dinlə :P


Anam mənə deyir ki, insanları onlar haqqında danışılanlara görə yox, onların başqaları haqqında danışdıqlarıyla tanıyırlar.


Son günlərdə mübahisə etdiyim insan sayı artmışdı. Hələ ki, sakitçilikdir, amma bu məni narahat edir. Niyə belə edirsiz ki? :/
Əslində yaşamaq istəyirsinizsə "boşverməyi", uduzmağı və qəbul etməyi bacarmaq lazımdı. Əsas da birincini. ;)


"niyə hər şeyə (ya da bu qədər çox) gülürsən?" sualı ilə qarşı-qarşıya qalıram çox vaxt. cavab verirəm: gülmək ömrü uzadır.
Bu yazını yazmaq da helə bir ciddi məqsədim yox idi, nəəm yazdım da :) şirin və çox yaxşı qızam, bidənəyəm :P çox da təvazökar :)

Tanrı məni sevir..